Cümə axşamı, 27 Aprel 2017
22.12.2016.Dünən ictimai fəal, ABŞ-dakı erməni diasporunun üzvü Anait Sinanyan erməni və azərbaycanlı fəalların 2016-cı ilin noyabrında Bakıda hazırlayıb imzaladıqları “Ermənistan və Azərbaycan arasında sülh üçün Platforma”nı dəstəkləyib və imzalayıb.
 
Virtualaz.org xəbər verir ki, A.Sinanyan Nyu-Yorkda yaşayır, hüquq üzrə mütəxəssisdir, 2016-cı ilin yayında ABŞ-dakı Ermənistan səfirliyinin qarşısında siyasi məhbusların hüquqlarının müdafiəsi üçün təşçil olunmuş aksiyalarda fəal iştirak edib.
 
Ermənistanın və erməni diasporunun digər bir çox ictimai fəalları kimi, A.Sinanyan da Dağlıq Qarabağ münaqişəsinin tezliklə Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında həllini dəstəkləyib. Fəal vətəndaş diplomatiyasının inkişafı üçün əlindən gələni etməyə hazırdır.
 
Yaxın saatlarda virtualaz.org A.Sinanyanın eksklüziv müsahibəsini diqqətinizə çatdıracaq.

 

04.03.16. “Həmsədrlərin regiona səfərləri ilə bağlı hazırda hər hansı tarix yoxdur”.

 

Bunun APA-ya açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

“Lakin biz yaxın gələcəkdə regiona səfər edəcəyimizə ümid edirik”, - deyə o bildirib.

Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində son görüş ötən ilin 19 dekabr tarixində İsveçrənin Bern şəhərində Azərbaycan və Ermənistan prezidentləri arasında baş tutub.

www.apa.az

QAT XƏBƏR

QARABAĞ QALERIYA

QAT.az