Çərşənbə, 20 Sentyabr 2017

20.09.2017. Gürcüstanda Rusiyadan Ermənistana təbii qaz ötürən “Şimali Qafqaz-Zaqafqaziya” magistral boru kəmərinin təmiri başa çatıb. 

 

APA-nın yerli bürosunun Gürcüstanın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, boru kəmərinin Kür çayı-Xevi hissəsi yenidən qurularaq asma formada tikilib.

 

Layihənin dəyəri 1,4 mln. lari (1 milyon manat-red.) təşkil edib.
 

Gürcüstanın energetika naziri İlya Eloşvili və Neft və Qaz Korporasiyasının baş direktoru Davit Tvalaberişvili qaz kəmərinin təmir olunmuş hissəsinə baxış keçiriblər. İ. Eloşvili boru kəmərini strateji infrastruktur adlandıraraq qeyd edib ki, bu kəmər vasitəsilə Ermənistan təbii qazla təmin olunur, Gürcüstan isə tranzitdən gəlir əldə edir. 
 

Boru kəmərinin 1200 mm diametrli Kür çayı-Xevi hissəsi yerin altında olduğundan mürəkkəb hidroloji və geoloji şərait onun təhlükəsiz fəaliyyəti üçün problemlər yaradırdı. Təmir işlərindən sonra boru kəmərinin təhlükəsizliyi artırılacaq və qaz təminatı sistemi təbii fəlakətlərdən mühafizə olunacaq.

www.apa.az

 

20.09.2017. ABŞ Konqresinin nümayəndələr palatasının üzvləri Frənk Pallone və Tulsi Qebrdin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri məsələsi araşdırılır.

 

Bu barədə Modern.az saytına Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

 

Onun sözlərinə görə, araşdırma yekunlaşdıqdan sonra onlara münasibətdə müvafiq zəruri addımlar atılacaq.

 

“Özünü ABŞ Konqresinin üzvü kimi təqdim edən bu şəxslər artıq uzun illərdir ABŞ erməni lobbisi və Ermənistan tərəfindən maliyyələşdirilirlər.  Və tam şəkildə ABŞ erməni lobbisindən asılı vəziyyətdədirlər”-deyə H. Hacıyev əlavə edib.

www.modern.az

 

 

20.09.2017. Ermənistan Parlamentinin Xarici əlaqələr Komitəsinin sədri Armen Aşotyan və millət vəkili Mane Tandilyan sabah Bakıya gələcək. Modern.az xəbər verir ki, bu barədə erməni deputat öz "Feysbuk" səhifəsində məlumat verib.

Armen Aşotyan bildirib ki, onlar sentyabrın 22-də Bakıda keçiriləcək Euronest Parlament Assambleyasının (PA) təşkil etdiyi forum çərçivəsində “Şərq tərəfdaşlığı” proqramı ölkələrində gender bərabərliyi məsələlərinin müzakirəsində iştirak edəcəklər.

Qeyd edək ki, erməni deputatların daha öncə 20 sentyabrda Bakıya gələcəyi açıqlanmışdı.

www.modern.az

 

 
 

20.09.2017. "Ötən ilin aprelində Ermənistan şəhər və kəndlərimizə hücum edərək, təmas xəttində növbəti hərbi cinayət törətdi. Bu hücum nəticəsində 6 dinc azərbaycanlı qətlə yetirildi, onların sırasında bir uşaq da var idi. Bundan əlavə, 26 mülki şəxs yaralandı. Yüzlərlə evlərimiz dağıdıldı. Azərbaycan öz vətəndaşlarını müdafiə etməli oldu. Uğurlu əks-hücum nəticəsində Azərbaycan 3 işğal olunmuş rayonda - Ağdərə, Füzuli və Cəbrayılda bir neçə əraziləri azad etdi və öz bayrağını azad edilmiş ərazilərdə qaldırdı. Ermənistan rəhbərliyi bu dərsi yaddan çıxarmamalıdır. Əks təqdirdə, Ermənistanın növbəti təxribatının nəticələri onlar üçün daha ağrılı olacaq". Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nyu Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, döyüş meydanında məğlub olan Ermənistan şəhərlərimizə və kəndlərimizə hücum çəkmək kimi məkrli siyasətindən istifadə edir: "2017-ci il iyulun 4-də Ermənistan 82 və 120 millimetrlik mina və qumbaraatanlardan istifadə edərək, Füzuli rayonunun Alxanlı kəndinə məqsədli hücum etmiş, 2 dinc sakini - 2 yaşlı Zəhra Quliyevanı və onun nənəsini qətlə yetirmişdir.

2017-ci il avqustun 7-də Ermənistanla sərhəddə yerləşən Tovuz rayonunda 13 yaşlı oğlan erməni əsgərləri tərəfindən yaralanmışdır. Beynəlxalq ictimaiyyət erməni faşizminə və terroruna son qoymalıdır. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir, lakin, eyni zamanda, Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq, öz vətəndaşlarını qoruyacaq və lazım gələrsə, təcavüzkarı 2016-cı ilin aprelində olduğu kimi yenidən cəzalandıracaq".

Prezident deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa olunmalıdır.

İlham Əliyev daha sonra bildirib ki,  Azərbaycanın siyasətinin əsas məqsədi ölkə vətəndaşlarının rifah halının daha da yaxşılaşdırılmasıdır: "2004-cü ildən etibarən ölkəmizdə əmək haqları 5,6 dəfə, pensiyalar 8,2 dəfə artmışdır. Xarici maliyyə dəstəyi olmadan biz erməni işğalından əziyyət çəkən qaçqın və məcburi köçkünlər üçün təxminən 100 yeni qəsəbə və şəhərcik salmışıq. Bu günə qədər 250 mindən artıq insanın həyat şəraiti yaxşılaşdırılıb, onlara yeni evlər və mənzillər verilib. Həmin şəhərcik və qəsəbələrdə 152 məktəb, 59 tibb mərkəzi və 60 bağça tikilmişdir.

Ümumilikdə, 2004-cü ildən başlayaraq 3000-dən artıq məktəb, 600-dən çox xəstəxana və tibb mərkəzləri tikilmiş, yaxud təmir edilmişdir. Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Hər il 5 milyondan artıq insan, yəni ölkə əhalisinin yarısı tamamilə dövlət büdcəsindən maliyyələşən tibbi yoxlamadan keçir".

Dövlət başçısı bildirib ki, Azərbaycan qlobal enerji bazarında mühüm rol oynayır: "Beynəlxalq bazarlarda etibarlı neft və qaz təchizatçısı olan Azərbaycan dünyanın bir çox ölkələri üçün enerji təhlükəsizliyini təmin edir. Bu gün Azərbaycan öz beynəlxalq tərəfdaşları ilə birlikdə “Cənub Qaz Dəhlizi” layihəsinin başa çatdırılmasına çox yaxındır. Sərmayələrinin həcmi 40 milyard dollara çatan bu layihə dünyanın ən iri infrastruktur layihələrindən biridir.

Digər mühüm prioritet nəqliyyatdır. Avropa ilə Asiya arasında yerləşən Azərbaycan Avrasiyada aparıcı nəqliyyat qovşaqlarından birinə çevrilmək istiqamətində öz coğrafi mövqeyindən müdrikcəsinə istifadə edir. Son illərdə Azərbaycanda 6 beynəlxalq hava limanı tikilmiş, 11 min kilometr müasir şosse və yollar çəkilmişdir. Xəzər dənizində Azərbaycanın 270 gəmidən ibarət ən iri ticarət donanması var. Azərbaycanda müasir gəmiqayırma zavodu bütün növ və ölçüdə gəmiləri tikməyə qadirdir. Azərbaycan özünün dəmir yol infrastrukturunu müasirləşdirir. Ərazimizin tam əksəriyyəti dəmir yolları ilə əhatə olunur. Gələn il biz Xəzər regionunda ən iri beynəlxalq ticarət dəniz limanını istismara verəcəyik. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə böyük sərmayələr yatırır. Ölkəmizdən keçən hər iki marşrut Şərqdən Qərbə, Şimaldan Cənuba gedən ən qısa yollar olacaq".

 

17:55

 

Azərbaycan Prezidenti İlham Əliyev bir qədər öncə BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində çıxış edib.

 

İlham Əliyev bildirib ki, Ermənistan 25 ildən çoxdur ki, Dağlıq Qarabağ və ətraf 7 rayon daxil olmaqla, Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayır.

 

Modern.az-ın məlumatına görə, Azərbaycan Prezidenti Nyu Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı xatırladıb ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir və onun işğal altında qalması yolverilməzdir.


“Erməni təcavüzünün nəticəsi olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təqribən 20 faizi işğal altındadır. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Ermənistan tərəfindən bu ölkədə, Dağlıq Qarabağda və ətraf 7 rayonda azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb”.

Prezident İlham Əliyev ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında da danışıb:

“Ermənistan Xocalıda azərbaycanlılara qarşı soyqırım törədib. Xocalı soyqırımı artıq 10-dan çox ölkə tərəfindən rəsmi olaraq tanınıb. 1992-ci il fevralın 26-da Ermənistan 613 dinc sakini qətlə yetirərək hərbi cinayət törədib”.

 

Dövlət başçısı bildirib ki, bəşəriyyətə qarşı bu dəhşətli cinayətləri törətmiş hərbi cinayətkarlardan biri Ermənistanın indiki prezidentidir.

İlham Əliyev xatırladıb ki, aparıcı beynəlxalq təşkilatlar erməni qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən qətnamələr qəbul ediblər: “1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, AŞ PA və Avropa Parlamenti kimi digər təşkilatlar da oxşar qərar və qətnamələr qəbul ediblər. Ermənistan bu qərar və qətnamələrə riayət etmir”.

Azərbaycan Prezidenti vurğulayıb ki, Ermənistan artıq 24 ildir BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əhəmiyyət vermir və təəssüf ki, buna görə cəzalandırılmır.

Dövlət başçısı əlavə edib ki, bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində yerinə yetirilir:

“Bizim vəziyyətdə isə bu qətnamələr 24 ildir ki, icra olunmur. Bu, ikili standartlardır, qəbuledilməzdir. Ermənistana beynəlxalq sanksiyalar tətbiq edilməlidir. BMT-nin vacib islahatlarından biri Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır. Ermənistan hər şeyi edir ki, status-kvo dəyişməz qalsın və substantiv danışıqlara mane olur. ATƏT-in Minsk qrupunun həmsədrləri – Fransa, Rusiya və ABŞ dəfələrlə bəyan edib ki, status-kvo qəbuledilməzdir. Məsələ ondadır ki, bu cür müstəbid, orta əsr rejimi tərəfindən idarə olunan korrupsiyalaşmış, uğursuz dövlət necə olur ki, bu illər ərzində beynəlxalq hüququ poza bilir, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymur? Cavabı – ikili standartlardır”.

İlham Əliyev qeyd edib ki, təcavüzkara beynəlxalq təzyiq göstərilmir, Ermənistan diktaturası beynəlxalq sanksiyalara məruz qalmır: “Bu siyasət dayandırılmalıdır. Təcavüzkara münasibətdə bu cür siyasət yalnız ədalətsizliyin nümayişi deyil, həmçinin elə illüziya yaradır ki, Ermənistan diktaturası öz terror siyasətini davam etdirə bilər”.

 

Prezident qeyd edib ki, təcavüzkara qarşı beynəlxalq təzyiq yoxdur, Ermənistan diktatorluğuna qarşı sanksiyalar tətbiq olunmur: "Bu dayandırılmalıdır. Ötən ilin aprelində  Ermənistan daha bir cinayət törədib. Nəticədə Azərbaycanın 6 dinc sakini öldürülüb, cavab hücumu ilə Azərbaycan Ordusu işğal olunmuş ərazilərin bir hissəsini azad edib və bayrağını həmin ərazilərdə ucaldıb. Ermənistan rəhbərliyi bu dərsi unutmamalıdır. Əks halda, növbəti təxribatın  cavabı daha ağrılı olacaq.

Döyüşdə itirən Ermənistan yenidən Azərbaycanın kəndlərinə hücum edib. Bu ilin iyulunda hədəfli hücum nəticəsində Alxanlı kəndinə edilən hücum zamanı 2 nəfər öldürülüb. Bunlar 2 yaşlı Zəhra Quliyeva və onun nənəsidir. Beynəlxalq ictimaiyyət erməni terrorizmini və faşizmini dayandırmalıdır. Azərbaycan münaqişəsinin sülh yoluna sadiqdir. Lakin erməni hərbi təxribatı davam edərsə, Azərbaycan öz əhalisini müdafiə edəcək. Lazım gəlsə, ötən ilin aprelində olduğu kimi, Ermənistan yenə cəzalandırılacaq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn prinsipləri əsasında həll olunmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir". 

www.modern.az

 


20.09.2017. Ermənistan əhalisi sürətlə azalmaqda davam edir. BMT-nin hesablamalarına görə, kütləvi miqrasiya, doğumun azalması və sürətli qocalma yaxın 15-20 il ərzində Ermənistan əhalisinin sayını 1,5-2 milyon nəfərə qədər azaldacaq.

 
Ermənistan Sosioloqlar Assosiasiyasının rəhbəri Qevorq Poqosyan son 20 il ərzində Ermənistanı 1,2 milyon insanın tərk etdiyini bildirib. Bu isə ölkə əhalisinin 33%-i deməkdir. Sovet dövrü ilə müqayisədə 2 dəfə geriləyən doğum göstəricisi də buna təsir göstərən amildir.
 
Yerevan küçələrində keçirilən rəy sorğuları isə əhalinin 46%-nin ölkəni tərk etməyi düşündüyünü göstərir. Vətəndaşların böyük əksəriyyəti Rusiyaya, az bir qismi isə Avropa və ABŞ-a köçür.
 
Yerli hüquq müdafiəçisi Georgi Vanyan 2016-cı ildə ölkəni 55 min insanın daimi olaraq tərk etdiyini bildirib. Onun sözlərinə görə, məhz bu səbəbdən 1989-cu ildə 4,2 milyon əhalisi olan Ermənistanda indi 2,9 milyon sakin yaşayır və onların da 500 min nəfəri iş üçün Rusiya və digər ölkələrdə çalışanlardı.
 
İqtisadçı, Ermənistan Mərkəzi Bankının rəhbəri Baqrat Asatryan isə 2018-2019-cu illərdə Ermənistanın ciddi demoqrafik problemlərlə üz-üzə qalacağını bildirib. Onun fikrincə, hazırki ölkə rəhbərliyinin bu problemləri həll etmək üçün siyasi iradəsi və konkret planı yoxdur.
 
Vətəndaşların ölkə ərazisini tərk etməsinin daha bir səbəbi isə Qarabağdakı müharibə təhlükəsi ilə bağlıdır. Azərbaycanın hər an işğal altındakı torplaqlarını azad etməyə hazır olması  düşmən ölkənin cəmiyyətini daim psixoloji basqı altında saxlayır. 
Epress.am saytına açıqlama verən Anna Melkiyan adlı Yerevan sakini 14 və 12 yaşlı iki azyaşlı oğlu və əri ilə Kanadaya köçdüyünü və bu addımı atmasına səbəb kimi övladlarının Qarabağda xidmət etməsini istəmədiyini deyib.
Onun sözlərinə görə, xüsusən aprel döyüşlərindən sonra bu qərarı verməyə məcbur olub.
 
Ermənistan vətəndaşları get-gedə daha aydın şəkildə anlayırlar ki, Qarabağ münaqişəsi həll olunmadan və qonşu dövlətlərlə dostluq münasibətləri bərpa edilmədən rəsmi Yerevanın gələcəyi dumanlı olacaq.
 
www.modern.az

 

 

20.09.2017. "Azərbaycan BMT-nin aktiv üzvüdür. 2012-ci ildə Azərbaycan BMT TŞ-nin qeyri-daimi üzvü seçilib. 25 illik tarixi olan bir ölkə üçün bu böyük uğur idi. Üzv ölkələrin böyük əksəriyyəti Azərbaycan və onun siyasətinə dəstək göstərdilər".

 
Moderator.az xəbər verir ki, APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı deyib.
 
Dövlət başçısı qeyd edib ki, Azərbaycan stabil, modern, demokratik ölkədir.
 
"Demokratiyanın inkişafı, insan haqlarının müdafiəsi hökumətimizin əsas prioritetləri sırasındadır. Azərbaycanda fikir, söz, sərbəst toplaşma və dini azadlıqlar da daxil olmaqla bütün fundamental azadlıq tam təmin edilir. Azərbaycan dünya tərəfindən multikulturalizmin mərkəzi kimi tanınmış ölkələrdən biridir. Bu, Azərbaycanın dövlət siyasətidir. Bütün etnik və dini qrupların nümayəndələri Azərbaycanda sülh və harmoniya şəklində yaşayır.
 
2016-ci il Azərbaycanda multikulturalizm, 2017-ci il isə İslam həmrəyliyi ili elan olunub.
 
Demək olar ki, heç milli azlığın yaşamadığı Ermənistandan fərqli olaraq, Azərbaycan multietnik ölkədir. Ermənistanda islamofobiya pik həddə çatıb.
 
Bu ölkə vandalizm aktları həyata keçirərək, işğal olunmuş Azərbaycan ərazilərdəki bütün məscidlərimizi dağıdıb".
 
Dövlət başçısı Azərbaycanın dinlərarası dialoqu genişləndirmək üçün bir sıra beynəlxalq tədbirlər keçirdiyini də diqqətə çatıdıb.
 
www.apa.az

 

 

 20.09.2017. Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.

Azərbaycanda rəsmi səfərdə olan Pakistan Hərbi Hava Qüvvələrinin nümayəndə heyəti Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyev və görkəmli alim, oftalmoloq Zərifə xanım Əliyevanın məzarlarını, eləcə də Şəhidlər Xiyabanını ziyarət edib, gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Azərbaycan müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov Pakistan Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Sohail Amanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı iki ölkənin Hərbi Hava Qüvvələri arasında hərbi, hərbi təhsil və hərbi-texniki əməkdaşlığın gələcək perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

www.moderator.az

 

 

20.09.2017. Sentyabrın 20-də, az öncə Azərbaycan prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 72-ci ali toplantısı çərçivəsində çıxış edib. Gözlənildiyi kimi, ölkə başçısı öz çıxışında Dağlıq Qarabağ münaqişəsi və erməni işğalına xüsusi yer ayırıb.

 
Prezident öz çıxışında Azərbaycan torpaqlarının 20 faizinin 25 ildən artıqdır ki, Ermənistanın işğalı altında olmasına diqqət yönəldib və bəyan edib ki, Dağlıq Qarabağ Azərbaycanın qədim və tarixi torpaqlarıdır (APA): “Ermənistanın işğalı nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistanda, Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər rayonlarında azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirib. Ermənistan azərbaycanlılara qarşı Xocalı faciəsi törədib. Bu faciə dünyanın 20-dən artıq ölkəsi tərəfindən rəsmən tanınıb. 1992-ci ilin 26 fevralında Ermənistan 613 Xocalı sakinini qətlə yetirib. Onların arasında 106 qadın və 63 uşaq var. Bu cinayəti törədənlərdən biri də Ermənistanın hazırkı prezidentidir. Aparıcı beynəlxalq təşkilatlar Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmasını tələb edən qətnamələr qəbul edib. BMT Təhlükəsizlik Şurasının da 4 qətnaməsi var”.
 
Prezident daha sonra deyib: “Lakin Ermənistan qətnamələri həyata yerinə yetirmir, 24 ildir ki, BMT qətnamələrinə əhəmiyyət vermir və cəzalandırılmır. Bəzən BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün içində icra olunur. Bizim vəziyyətimizdə isə 24 ildir, icra olunmur. Bu, ikili standartdır və qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiya tətbiq olunmalıdır. BMT-də aparılmalı olan islahatlardan biri də Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icra mexanizmləri ilə bağlı olmalıdır. Ermənistan “status-kvo”nun dəyişməməsi üçün hər şey edir. Substantiv danışıqları bloklayır. ATƏT-in Minsk Qrupunun həmsədrləri dəfələrlə bəyan edib ki, status-kvo qəbuledilməzdir”.
 
Prezident daha sonra təcavüzkara qarşı beynəlxalq təzyiqin olmamasına diqqət yönəldib: “Ermənistan diktatorluğuna qarşı sanksiyalar tətbiq olunmur. Bu dayandırılmalıdır. Ötən ilin aprelində Ermənistan daha bir cinayət törədib. Nəticədə Azərbaycanın 6 dinc sakini öldürülüb, cavab hücumu ilə Azərbaycan Ordusu işğal olunmuş ərazilərin bir hissəsini azad edib və bayrağını həmin ərazilərdə ucaldıb. Ermənistan rəhbərliyi bu dərsi unutmamalıdır. Əks halda, növbəti təxribatın cavabı daha ağrılı olacaq.
 
Döyüşdə itirən Ermənistan yenidən Azərbaycanın kəndlərinə hücum edib. Bu ilin iyulunda hədəfli hücum nəticəsində Alxanlı kəndinə edilən hücum zamanı 2 nəfər öldürülüb. Bunlar 2 yaşlı Zəhra Quliyeva və onun nənəsidir. Beynəlxalq ictimaiyyət erməni terrorizmini və faşizmini dayandırmalıdır. Azərbaycan münaqişəsinin sülh yoluna sadiqdir. Lakin erməni hərbi təxribatı davam edərsə, Azərbaycan öz əhalisini müdafiə edəcək. Lazım gəlsə, ötən ilin aprelində olduğu kimi, Ermənistan yenə cəzalandırılacaq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn prinsipləri əsasında həll olunmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir”. 
 
Azərbaycan prezidentinin BMT tribunasında bu çıxışı xüsusən də erməni prezidenti Serj Sərkisyanın bir gün öncə etdiyi, bütünlüklə Azərbaycan dövlətinə qarşı əsassız ittihamlar və işğalçı siyasətə haqq qazandırmaq üzərində qurulmuş təxribatçı çıxışı ilə, o sırada Qarabağla bağlı həyasız iddiaları ilə müqayisədə kontur-arqumentlər baxımından qat-qat sanballı və effektli hesab oluna bilər (Düşmən ölkə başçısının çıxışına ayrı səhifədə ətraflı yer verilib). Bir neçə aspektdən. 
 
Əvvəla, Azərbaycan prezidentinin çıxışı beynəlxalq normalardan qaynaqlanan, qlobal sülhə xidmət edən və beynəlxalq gündəmi əhatə edən çıxış kimi yadda qalıb. Sərkisyanın çıxışının əsasını isə sırf erməni işğalına, dağıdıcı separatizmə haqq qazandıran cılız və əsassız iddialar üzərində qurulmuşdu. Halbuki, dünya birliyi xüsusən də Rusiyanın timsalında artıq işğalçılıq və separatçılıq siyasətindən bezib, bu cür siyasətin necə ağır nəticələr verdiyini yaxşı bilir və o üzən ona neqativ münasibətdədir və qlobal sülhə onu ciddi təhdid sayır. 
 
İşğalçı bir ölkənin başçısı kimi Serj Sərkisyanın bu əsassız, sülh və barış yox, müharibə qoxusu verən təxribatçı çıxışı da bu mənada BMT üzvləri arasına rəğbət doğura bilməzdi – üstəlik, Rusiyanın regiondakı yeganə hərbi forpostu kimi Ermənistanın liderinin beynəlxalq hüquq normalarından, millətlərin öz müqəddəratını təyinetmə haqqından dəm vurması gülünc olduğu qədər absurd görünürdü. 
 
Bu fonda prezident İlham Əliyevin BMT-nin təməl prinsiplərinə söykənən çıxışı diqqət çəkməyə və rəğbət doğurmaya bilməz. Elə bu iki çıxışdakı əsas fərqli məqam da prinsipial əhəmiyyət daşıyır və Ermənistanın doğrudan da dünya birliyi üçün yad, ögey bir ölkə olduğuna şübhə yeri qoymur. O Ermənistan ki, 2014-cü ildə Rusiya daxil, daha 7 ölkə ilə birgə beynəlxalq birliyin iradəsi əleyhinə gedərək, Ukraynanın ərazi bütövlüyü əleyhinə, Krımın Rusiyaya ilhaqına səs verib, işğalçılığı və separatizmi dəstəkləyib.
Azərbaycan isə öz prezidentinin çıxışı timsalında bir daha BMT normalarına və prinsiplərinə sayğılı bir dövlətin başçısı kimi dünya dövlətləri sırasında layiqli yer tutmağa Azərbaycanın tam haqqı çatdığını növbəti dəfə ortaya qoydu. O üzdən 30 ildir dağıdıcı erməni separatizmindən əziyyət çəkən bir dövlətin başçısı kimi prezident İlham Əliyevin çıxışı öz qlobal əhəmiyyəti və önəmi, həmçinin aktuallığı ilə etibarilə qat-qat effektli sayıla bilər. 
Bu yerdə bir neçə mühüm məqamı müqayisəli şəkildə təqdim eləməyə dəyər. Məsələn, Serj Sərkisyan artıq mövcud olan bir erməni dövlətinin – Ermənistanın varlığı fonunda ikinci saxta erməni dövlətinin tanınması vacibliyindən, daha doğrusu, dünya birliyinə zorla sırınması zərurətindən dəm vurursa, ölkələrin ərazi bütövlüyü kimi BMT-nin təməl prinsipini saymazlıqdan gəlirsə, beləliklə də dünya birliyinə sayğısızlıq göstərirsə, Azərbaycan prezidenti dağıdıcı separatçılığın qlobal sülhə hansı təhlükə daşıdığını arqumentli şəkildə ortaya qoyur. Belə vəhşi separatçılığın beynəlxalq sülhə ciddi təhlükə vəd etməsindən həm də beynəlxalq hüquq normalarının diktə elədiyi rakursda danışır. Əsas fərq həm də bundadır.
 
Yəni, Sərkisyanın çıxışı BMT üzvü olan dövlətlərin sərhədlərinin zorla dəyişdirilməsi üzərində qurulmuş və dağıdıcı separatizmə dəstək niyyəti güdürdüsə, Azərbaycan liderinin arqumentli çıxışı əksinə, beynəlxalq hüquq normalarına, sərhədlərin toxunulnmazlığına, deməli, qlobal sülhə sayğı və inama əsaslanırdı. 
 
Erməni prezidentinin öz çıxışında dünya ictimaiyyətini çaşdırmağa yönəlik yalanları, o sırada Ermənistanın özü etnik təmizləmə aparıb monoetnik dövlətə çevrildiyi halda, Azərbaycanı etnik təmizləmədə suçlaması kimi həyasız iddialara baş vurması müqabilində Azərbaycan prezidentinin əksinə, arqumentli və konkret faktlara, beynəlxalq sənədlərə və hüquqa söykənən faktlardan çıxış eləməsi əlbəttə ki, Sərkisyanın çıxışının olan-qalan siyasi və təbliğati effektini də basdırmış oldu.
 
www.musavat.com

azerbaycan xin rehberi ermenistan diger olkeleri qanunsuz isgalla elaqelendirmeye calisir

20.09.17.

“Təhlükəsizlik və sabitliyin qorunub saxlanılması regional əməkdaşlıq və uğurlu cəmiyyət qurmaq üçün əsas komponentdir. Təəssüf ki, son görüşümüzdən etibarən regionumuzda sabitlik və təhlükəsizlik daha da zəifləyib, yeni münaqişə ocaqları meydana gəlib və regionun inkişaf perspektivləri ciddi şəkildə risk altına düşüb . Biz itirilmiş və ya şikəst olmuş insan həyatları kimi çoxsaylı insan fəlakətlərinin şahidi olmuşuq və milyonlarla insan öz evlərini tərk etmək məcburiyyətində qalıb”.

XİN-in mətbuat xidmətindən QAT-a verilən məlumata görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Nazirlər Şurasının növbədənkənar iclasında çıxış edib.

Nazir təəssüflə qeyd edib ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20%-nin işğalını davam etdirməklə regional təhlükəsizlik və sabitliyi təhlükə altına atır, həmçinin tamhüquqlu regional əməkdaşlığa maneə yaradır: “Ermənistan öz aqressiv siyasətində daha da irəliləyərək işğal altında olan ərazilərə biznes, ticarət və investisiyaların cəlb edilməsi yolu ilə digər ölkələri qanunsuz işğal ilə əlaqələndirməyə çalışır. Bütün ölkələrin Ermənistanın bu niyyətindən xəbərdar olması və Azərbaycanın işğal olunmuş ərazilərində hər hansı sosial, iqtisadi və mədəni fəaliyyətdən imtina etmələri bizim əməkdaşlığımız üçün mühümdür. Mən bütün İƏT-in üzv dövlətlərini Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindəki rejim və həmin ərazilərdə ticarət, iqtisadi və sərmayə fəaliyyətinə cəlb olunma cəhdlərinin qarşısını almağa çağırıram. Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan hərbi qüvvələrinin çıxarılması və qaçqınların və məcburi köçkünlərin öz yurdlarına qaytarılmasının təmin olunması yalnız Cənubi Qafqaz daxilində sülh və təhlükəsizliyi deyil, həm də tamhüquqlu regional əməkdaşlığı gücləndirəcək”.

polsa prezidenti qarabag munaqisesi sulh yolu ile hell edilmelidir

 
20.09.17.

"Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll edilə bilər".

QAT-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Polşa prezidenti Anjey Duda BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Ermənistan prezidenti Serj Sarkisyanla görüşü zamanı deyib. “Polşanın bu məsələdə mövqeyi dəyişməyib. Münaqişə sülh yolu və beynəlxalq hüquq normalarına uyğun həll edilməlidir”, - deyə o, söyləyib.

S. Sarkisyan da öz növbəsində bu məsələdə ATƏT-in Minsk qrupunun həmsədrləri və  Avropa İttifaqının balanslaşdırılmış mövqeyinin əhəmiyyətini vurğulayıb.