Cümə, 15 Dekabr 2017

20.11.2017.

 

 

"Rusiya və ABŞ arasındakı əlaqələr Dağlıq Qarabağ münaqişəsinin həllinə heç cür təsir göstərmir".
 
Moderator.az "Report" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda "ADA" Akademiyasında mühazirəsi zamanı deyib.
 
"ABŞ-ın Rusiya ilə siyasətində dərin fikir ayrılığı mövcud olsa da, Qarabağ münaqişəsi məsələsində Vaşinqtonun mövqeyi dəyişməz qalıb. Bir çox məsələlər üzrə münasibətlər dalana dirənib, amma Dağlıq Qarabağ nizamlanması üzrə əməkdaşlıq bundan zərər görməyib", - S.Lavrov bildirib.
Onun sözlərinə görə, Rusiya ABŞ və Fransa ilə birlikdə çox yaxşı bilinən ortaq mövqe tutub.
"Ümidvaram, Azərbaycan və Ermənistan prezidentlərinin ötən ay keçirilən görüşü ümumi səylərə baxmayaraq, yaranmış durğunluğu aradan qaldırmağa kömək edəcək və Dağlıq Qarabağ münaqişəsinin həllində irəliyə doğru hərəkət etməyə imkan verəcək" - S.Lavrov bildirib.
 
Moderator.az 

QAT.az