Cümə, 15 Dekabr 2017

20.11.2017.

 

 

Əgər Rusiya Ermənistanı Avrpa İttifaqı ilə saziş imzalamaqdan imtina etməyə məcbur edə bilməsə, noyabrın 22-23-də Moskva Qarabağ haqqında yeni “Putin planı”nı Azərbaycana təqdim edəcək.
 
Bu barədə erməni siyasi yazar Tevos Arşakyan iddia edib.
 
Onun sözlərinə görə, noyabrın 24-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində Ermənistan və Avropa İttifaqı arasında genişləndirilmiş əməkdaşlıq haqqında sazişin imzalanması gözlənilir: “Bu, İrəvanın Avropa İttifaqı ilə yaxınlaşmasının növbəti cəhdidir. Ekspertlər iddia edirlər ki, İrəvan keçmiş təcrübəni nəzərə alaraq, bu dəfə daha israrla hərəkət edir. 2013-cü ildə Avropa İttifaqı ilə sazişin imzalanması ərəfəsində Sərkisyan Moskvaya getdi və Putinin təzyiqlərindən sonda sazişdən imtina etdi, ardınca Avrasiya İqtisadi İttifaqına qoşuldu. Sərkisyanın bu günlərdə Moskvaya səfəri bu tarixi təcrübə fonunda narahatlıq doğurur. Rusiya çətin ki, Ermənistanın Qərblə sərbəst münasibətlər qurmasına imkan verəcək. İnformasiyalar var ki, Putinlə Sərkisyan Moskva görüşündə bəzi detallar üzrə razılığa gələ bilməyiblər. Lavrov məhz həmin detalların müzakirəsi üçün İrəvana gəlir. Əgər o, Ermənistanı Avropa İttifaqı ilə saziş imzalamaqdan döndərə bilməsə, Moskva noyabrın 22-23-də Azərbaycanın maraqlarının təmin olunduğu Qarabağ üzrə “Putinin yeni planı”nı təqdim edəcək”.
 
Lakin Arşakyan hesab edir ki, Sərkisyan hakimiyəti Moskvanın tələbləri qarşısında geri çəkiləcək və Avropa İttifaqı ilə saziş imzalamaqdan son anda imtina edəcək.
 
“Çünki Kremlin dəstəyindən məhrum olmaq və Qarabağı itirmək Sərkisyan hakimiyyətinin sonu deməkdir. Ehtimal ki, Sərkisyan şəxsi maraqları üçün Avropa İttifaqı ilə əməkdaşlıqdan imtina edəcək. Əgər bu baş verəcəksə, Ermənistan tamamilə Qərbin etibarını itirəcək və Moskvadan asılılığı güclənəcək”, - o bildirib.
 
(publika.az)

QAT.az