Cümə, 15 Dekabr 2017
 
 

20.11.2017. Rusiyanın XİN rəhbəri Sergey Lavrov Bakı səfərində Avrasiya İttifaqı (Aİ) ilə bağlı maraqlı bəyanatla çıxış edib. Belə ki, Lavrov Azərbaycanı bu qurumda görməkdən məmnun olacaqlarını bildirib.

 
Maraqlıdır, Azərbaycanın Aİ-ə üzv olması ölkəmizə nə verə bilər? İndiki məqamda ölkəmizin bu quruma üzv olması milli maraqlarıma nə dərəcədə uyğundur?
 
Moderator.az-a açıqlama verən politoloq Fikrət Sadıqov hazırda bu qurumda üzvlüyə ehtiyac duymadığını vurğuladı:
“Biz xarici siyasətimizdə balanslı addımlara üstünlük veririk. Biz heç bir qütbə söykənmir, heç bir bloka daxil olmuruq. Hazırda ölkəmizin Aİ-yə üzv olmağımız bizim maraqlarımıza o qədər də uyğun deyil. Bizim Rusiya ilə münasibətlərimiz normaldır. Aİ-yə daxil olan Belarus, Qazağısdanla da  münasibətlərimiz kifayət qədər yaxşıdır.
Azərbaycan inkşaf etmiş regional dövlətə çevrilib. Ölkəmiz böyük layihələr reallaşdırır. 
Onuda unutmayaq ki, Aİ-nin bir üzvü də Ermənistandır. Əgər biz bu quruma üzv olsaq, o zaman Ermənistana da müəyyən şərait yaratmalıyıq. Belə olarsa, Ermənistan bizim bəzi layihələrimizdən istifadə edə bilər. Bu, bizə lazımdırmı? Hesab edirəm ki, indiki mərhələdə buna ehtiyac yoxdur. 
Yaxın gələcəkdə Qarabağ problemi həll olunsa, Ermənistan işğal etdiyi torpaqlardan çıxsa, bu barədə düşünmək olar. Indiki halda isə bu quruma üzv olmaq fikrimcə, maraqlarımıza o qədər də uyğun deyil”.
 

QAT.az