Cümə, 15 Dekabr 2017
 
 

 20.11.2017. 2017-ci ilin noyabr ayının 14-17-də Moskva şəhərində, “Müstəqil Dövlətlərin Veteranlar (Pensiyaçılar) İctimai Təşkilatları Birliyi Beynəlxalq İtiffaqı”nın növbədənkənar VII Qurultayı və Təşkilatın Kordinasiya Şurasının plenumu keçirilib. Tədbirlərdə Azərbaycanı Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov təmsil edib.

 
Tədbirlər çərçivəsində noyabrın 16-da “Müasir dövürdə 1941-1945-ci illər Böyük Vətən müharibəsi tarixini saxtalaşdıranlara qarşı mübarizənin gücləndirilməsi” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda Beynəlxalq İtiffaqın sədr müavini V.Tkaçenkonun “1941-1945-ci illər Böyük Vətən müharibəsi tarixinin saxtalaşdırılmasına qarşı mübarizədə veteran təşkilatlarının rolu” mövzusunda məruzəsi dinlənilib.
 
Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov “Faşizim insanlığa yad ideologiyadır” mövzusunda məruzə ilə çıxış edib. C.Xəlilov çıxışında İkinci dünya müharibəsində faşizm üzərində böyük qələbənin əldə olunmasında Azərbaycanın yaxından iştirakın, bəşəriyyətin dəhşətli bəladan xilasında xalqların birgə nailiyyətinə verilən digər töhfələrindən, qanlı döyüşlərdə qəhrəmancasına vuruşan 350 min soydaşımızın həyətlarını itirməsindən danışmış, ölkəmizdə 9 may Qələbə gününün hər il böyük təntənə ilə qeyd edildiyini bildirmişdir.
 
C.Xəlilov tədbir iştirakçılarının diqqətini İkinci dünya müharibəsinin tarixinin, ümumən tarixin ermənilər tərəfindən məqsədli şəkildə saxtalaşdırılmasına, belə münasibətin yolverilməzliyinə yönəltmiş, Azərbaycanın bu məsələlərdə tutduğu qəti və obyektiv mövqeyi çatdırmışdır. O demişdir: “Azərbaycanın 20 faizdən çox ərazisini bugünədək işğal altında saxlayan Ermənistan tərəfi özünün təcavüzkarlıq siyasətini açıq və arxayın şəkildə davam etdirir. Ermənilər bu siyasəti öz faşist sələflərindən, alman faşizminə xidmət göstərmiş erməni cəlladları general Dro və Qaregin Njde kimi cəlladlardan əxz etmişlər. Neçə ildir ki, nəinki ayrı-ayrı şəxslər, hətta Ermənistanın dövlət rəhbərliyi səviyyəsində həmin faşist cəlladların bəraətinə çalışılır. Bununla bağlı artıq neçə ildir ki, biz Azərbaycan veteranları, ümumən cəmiyyəti həyacan təbili çalır, beynəlxalq ictimaiyyəti erməni faşızminin ifşasına biganə qalmamağa, dünən və bu gün onlar tərəfindən törədilən cinayətləri birmənalı şəkildə qınamağa çağırırıq. Bununla bağlı müraciət hazırlanaraq Azərbaycan veteranları adından MDB ölkələrinin dövlət və hökumət başçılarına, həmin ölkələrin parlament üzvlərinin elektron ünvanlarına, veteran təşkilatlarına, beynəlxalq təşkilatlara göndərilmişdir. Ancaq təəssüf ki, bir nəticə yoxdur, əks-halda Ermənistan dövləti təcavüzkarlıq siyasətinə son verər, Azərbaycan torpaqları işğaldan azad edərdi”.
 
Cəlil Xəlilov çıxışınında həmçinin, Azərbaycan Veteranlar Təşkilatının xüsusilə MDB ölkələrinin müvafiq təşkilatları ilə əməkdaşlıq əlaqələrinə mühüm əhəmiyyət verdiyini, ötən illərdə Təşkilatın bu istiqamətdə fəaliyyətinin daha səmərəli qurulduğunu vurğulamış, göstərilən məsələlərdə fəallığı xalqlarımızın birgə tarixi keçmişi, bu ənənələrin yaşadılmasının mühüm əhəmiyyət kəsb etməsi ilə əlaqələndirmişdir.
 
Konfransda digər çıxışlarda da tarixi saxtalaşdıranlara qarşı mübarizənin gücləndirilməsinin əhəmiyyəti qeyd olunmuş və bununla bağlı dünya ölkələrinin veteran təşkilatlarına müraciət qəbul edilmişdir.
 
Qurultayda Təşkilatı məsələlərə də baxılmış, müzakirə edilən məsələlər barədə yekdil qərar qəbul olunmuşdur. Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov Müstəqil Dövlətlərin Veteranları İctimai Təşkilatları Birliyinin Rəyasət Heyətinin üzvü seçilmişdir.
 
www.moderator.az

QAT.az