Cümə, 15 Dekabr 2017

26.07.2017.

.

 

Bu gün daha bir aprel Şəhidimiz gizir Elimdar Səlimxan oğlu Səfərovun doğum günüdür. Elimdar Səfərov 1992-ci il iyulun 26-da Yardımlı rayonunda anadan olub. 1993-cü ildə ailəsi ilə birlikdə Neftçala rayon Aşağı Qaramanlı kəndinə köçüb. Gizir Elimdar Səfərov aprel döyüşləri zamanı qəhrəmancasına Şəhid olub. Bu gün Şəhid gizirimizin 25 yaşı tamam olur. Şəhid gizirimiz ölkə başçısı tərəfindən “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı ilə təltif edilib. 
 
Şəhidimizin qardaşı Elizbar Səfərov Moderator.az-a açıqlamasında bildirib ki, Neftçalanın Aşağı Qaramanlı kəndində Şəhidimizin şərəfində salınmış “Şəhidlər Parkı”nın açılışı olacaq:
 
“Bir ildir ki, parkın salınması üçün iş gedir. Biz ilk olaraq kənd məscidimizi Elimdarın şərəfinə təmir edərək, məscidin həyətində onun büstünü qoyduq. Bizim qəbristanlıq məscidimizin həyətindədir. Elimdar da həmin qəbristanlıqda dəfn edilib. Məscidin təmir edilməsi Elimdarın çoxdankı arzusu idi, biz onu Elimdarın Şəhid olmasından sonra gerçəkləşdirdik. İyulun 29-da Elimdarın şərəfinə salınmış “Şəhidlər Parkı”nın açılşı olacaq. Bu tədbirə hamını dəvət edirəm. Bu günə kimi göstərdikləri diqqətə görə xalqıma minnətdarlıq edirəm, onlar bizi heç zaman tək qoymadılar. Bu gün Elimdarın 25 yaşı tamam olur”. 
 
 
 
 
 
 
 

QAT XƏBƏR

QAT.az