Bazar ertəsi, 20 Noyabr 2017

07 mart 2014

  

 Ermənilərin tarix boyu xəstə təxəyyülünün nəticəsi olaraq sayıqlamalar Qarabağ hadisələrinə gəlib çıxdı, lakin bu o demək deyil ki, ermənilərin torpaq iddiası burada bitir. Bildiyimiz kimi, bu böyük Ermənistan yaratmaq iddiasının cüzi bir hissəsidir. Ermənilərin bu yolda yaratdıqları partiyaların öndə gedəni Daşnaqsütundur, I qurultayında qəbul və təsdiq olunmuş proqramdır. Belə adlanır “Daşnaksyutün” ittifaqının direktivləri. Burada söhbət qərb, şərq, Qafqaz, Rusiya, İran, Kiçik Asiya, Balkan yarımadası, Misir, ABŞ və s. ölkələrdə məskunlaşmış ermənilərdən, onların görəcəyi işlərdən və təbliğatlardan gedir. Burada ermənilərin siyasi və iqtisadi azadlığından və fedarativ erməni dövlətindən, yəni böyük Ermənistandan söhbət gedir. Bu ideyalar o dərəcədə erməniçiliyin beyninə yeridilib ki, artıq onlar bu sayıqlamaları həq      iqət kimi qəbul edirlər. Tarixin dərinliklərinə gedəndə görürük ki, ermənilər ümumiyyətlə heç bu adı çəkilən ölkələrdə olmayıblar. Kiçik bir qrup şəklində Hindistan yahudi qaraçıları kimi XVI əsrin əvvəllərində Mərkəzi Türkiyə torpaqlarında məskunlaşmış və sonralar oranı Türkiyə Ermənistanı adlandırmışlar.

    İndiki zamanda, ermənilərin 21-ci əsrin əvvəllərində qonşu dövlətlərə qarşı olan torpaq iddiasının nəticəsidir ki, erməniçiliyin tarixini bir daha dərindən öyrənilməsinə, alimlər, tarixçilər tərəfindən araşdırılmasına ehtiyac duyulur. Bəzi araşdırmalar ermənilərin psixoloji durumunun yerində olmadığını təsdiq edir və onların bəzi iddialarının absurd dərəcəsində olduğunu göstərirlər hətta erməni tarixçilərinin bəzi elmi əsərlərinin tarixi əsası olmadığını sübut edirlər.

....Keçmə namərd körpüsündən , qoy aparsın sel səni

Yatma tülkü yuvasında, qoy  yesin aslan səni.....

Bu yaxınlarda  “Mnoqonaçionalnaya Qruziya” qəzetində  iyul  2013 N -5 (141) “İzbran Sovet stareyşin”  (“Ağsaqallar şurası” seçilmişdir) məqaləsi dərc olunmuşdur. Məqalənin məzmunundan aydın olur ki, “Çoxmillətli Gürcüstan”    qeyri- hökuməti  təşkilatının qonağı olan və milli azlıqlar üzrə “tanınmış”  Çevinar  Nazarova  görüş zamanı Gürcüstanın gələcəyi və inkişafı ilə bağlı  “çox maraqlı”  çıxış edib. Bu maraqlı  “çıxışı”  hətda  qəzetin redaktoru Mixail Aydınov  cənabları yaxın gələcəkdə  genişləndirmək  “niyyətində” olduğunu bildirir.

Həmçinin qeyd olunur ki, bu şuranın çağırılmasında məqsəd milli azlıqlarla bağlı keçmiş şuranın yenidən formalaşdırılması ,  “yuxarı palata” nın seçilməsi, milli azlıqların nümayəndələrinin də yaxından iştirak etməsi və vətəndaş inteqrasiyasının –tolerantlığın çərçivə konsepsiya  proqramını hazırlamaqdır. Bu məqsəd yönümündə şuranın “yuxarı palatası”na 5 nəfər:

Ağsaqqallar şurasının kordinatorları-

Tengiz Qaqlayev

Mixail Aydınov

Spikerləri-ZaurXəlilov

Reqina Zakobidze

Və təbii ki, Çevinar Nazarova rəhbər kimi daxil edilmiş, ağsaqqallar şurasının üzvləri isə digər millət nümayəndələrindən  (19 millət) 33 nəfər seçilmişdir:

1.Reqina Yakobidze (spiker)

2.Linaida Karuxnishvili

3.Reqina Kaxidze

4.Aleksey Baxaldin

5. Totiy Citlidis

6.Qarri Ayqst

7.Qareld Şmolçel

8.Nukri Qabuniya

9.David Adamov

10.Rayna Beleva

11.Tengiz Qaqlaev (kordinator)

12.Naira Bepieva

13.Marina Solomonishvili

14.Lev Samovsikiy

15.Lili Safarova

16.Aqit Mirzaev

17.Mixail Aydınov (kordinator)

18.Alla və Aleksandr  Bejençevi

19.Valentina Marcanashvili

20.Vladimir Dyacenua

21.Elena Kurtanidze

22.Mikail Avakyan

23.David Manusadjev

24.Karina Barseqyan

25.Qennadi Muradyan

26.Epna Peqosova

27Mamuli Neşumaşvili

28.Venera Martkeplişvili

29.Fərhad Musayev

30.Sabina Əliyeva

31.Bəxtiyar Zeynalov

32.Leyla Mamedova

33.Zaur Xəlilov (spiker)

 

“Çoxmillətli Gürcüstan” qeyri- hökuməti  təşkilatının əvvəlindən rəhbəri kim olub?-bilənlər bilir, bilməyənlərdə  bilənlərdən soraqlaşa bilər. Söz yox ki, lazım gəlsə tam mənada açıqlama da verilə bilər. Heç uzağa getməyək,  bu yaxınlarda həmin təşkilatın çox ciddi səyi nəticəsində  İsveçrə  səfirliyinin maddi köməkliyi ilə buraxdığı xəritə,  həmin xəritənin biz azərbaycanlılara qarşı  nə dediyini və  xəritə ilə bağlı  Marneulidə keçirilən görüş , görüşdə kimlərin necə “rol oynadığı” və bu təşkilata rəvac verənlər də gizli deyil. Yetərincə bu xəritə ilə bağlı  -bu təşkilatın (“Çoxmillətli Gürcüstan”) məqsəd-məramı “pərdəli” addımları cəmiyyətimizdə düşüncəli ziyalıların diqqəti mərkəzindədir, yaddan çıxmamış.Nəhayəti bu təşkilatın “ağsaqqallar şurası”  adı ilə yeni heyətə seçilən “ağsaqqal”-azərbaycanlıların  kim olduğu göz önündədir.  Burada bir neçə maraqlı nüanslar ortaya çıxır.

                     a)bu şuraya daxil olan “azərbaycanlı” “lar” “ın” özlərinin kim olduğu                                               cəmiyyətimizə hansı səviyyədə məlumdur?

                     b)bu şuraya daxil olan “azərbaycanlı” “lar” “ın” içərisində olan “şalvar geyinən” (ayıbını örtmək üçün) asfaltın üstündən  kənara çıxıb ayaqqabısı bölgənin torpağına dəyibmi?

                     c) bu şuraya daxil olan “azərbaycanlı” “lar” “ın” Vətənimiz  Gürcüstanda –şəxsən milləti üçün izafi əməyi nədir?

                     s) bu şuraya daxil olan “azərbaycanlı” “lar” “ın” içərisində növbəti cütlüyün (əvvəlki cütlüyə 10.000 dollar ayrıldı və  Amerika konsulluğu  xətti ilə bir həftə Amerikada oldu, xüsusi kurs alaraq qayıtdı) növbəti Amerika  səfərinə kim ?..düşəcək.?

                    d) bu şuraya daxil olan “azərbaycanlı” “lar” “ın” millət adından bu təşkilatda söz deməsi, çıxış etməsi milli və hüquqi olaraq hansı səviyyədə məqsədyönlüdür?

 

Haşiyə

Lətifə məzmunlu olsa da real həqiqət olub. Belə ki , bir sinif müəllimi yay zamanı  məktəbyaşlı uşaqları (fəhlə uşaqları nəzərdə tutulur) istirahət zonası olan Kodjori guşəsinə bir aylıq istirahətə aparır. Fəhlə uşaqlarının bir aylıq təminatı üçün  ayrılan maliyyə hesabını sinif müəllimi planlı surətdə istifadə edir, ancaq uşaqlar üçün alınan şirniyyatlardan (ballı konfet, nanəli, abrikos  növlü və s.)oğurlayaraq bir balaca “tədarük” görür (açıq desək-oğurlayır...)

İstirahət vaxtı qurtarır və sinif müəllimi şad –xürrəm evə qayıdır. Məktəbdə dərslər başlayanda  məktəbin direktoru bu sinif müəlliminə məktəbə yaşı düşən uşaqların siyahısını verir və qısa müddətdə birinci sinfi formalaşdırmağı tapşırır.

  Bir neçə birinci sinif olur. O biri sinif müəllimləri uşaqları lazımı səviyyədə təşkil edir. Ancaq, söhbəti gedən  sinif müəllimi  kiçik yaşlı uşaqları yığmaqda çətinlik çəkir və çay içərkən “tədarük”  etdiyi  şirniyyat yadına düşür. Yeni bir “pedaqoji metod”  tətbiq etməyi, yəni sinfinə  gələn 3-5 uşağa şirniyyat verir və tapşırır ki , o biri uşaqlara bildirin ki,  müəllim konfet verir, hamısı mənim sinfimə gəlsin. Həqiqətən də konfeti alan və eşidən uşaqların hamısı  bu sinif müəlliminin sinfinə toplaşır. O biri sinif müəllimləri mat-məttəl qalırlar....Bu proses “Konfet” qurtarana  qədər davam edir.....sonradan uşaqlar öz müəlliminin yanına qayıdırlar və  sinif müəllimi ah-uf edir, gərək elə o “tədarük” (oğurladığım konfetlə) etdiyim konfetlə çay içəydim....

Hörmətli “Müvəkkil” oxucuları! Bu lətifə xarakterli  şərhim real həqiqəti olan fikiri sizin nəzərinizə  çatdırmaqda  məqsəd odur ki, “Çoxmillətli Gürcüstan” qeyri -hökuməti təşkilatının  yeni ağsaqqallar şurasına seçilən azərbaycanlı  “ağsaqqallar”- konfet çirəsinə qaçıb  və yaxın gələcəkdə növbəti “ekskursiya” adı ilə Amerikaya gedəcək yeni “cütlü”yün  “ ayıbını örtdüyü” “şalvarın” əynindən çıxacağı qaçılmazdır....

                                                             Haşiyə

 ...Bir dəfə  bir yaşlı ziyalı çay içərkən bir gözəl lətifə söylədi :Hadisə belə vaqe olur –belə ki, yaşlı  bir qadın gəzəyən olur və aşnası ilə görüşünün  vaxtı yaxınlaşır...Çox fikirləşir  və kişisinə kişisinə deyir, qonu –qonşu qışa odun hazırlığı görüb, ancaq, bizim qapıda bir çıtığımızda yoxdur.

Kişisinin heybəsini gətirir, içərisinə  yemək ərzağı qoyur  və kişisinə “hörmət əlaməti”  olaraq  bir banka qatıq  da  qoymaq istəyir. Bunu görən kişi etiraz edir və bildirir ki, heybədə  odun baltası ilə qatıq bankası  yola getməyəcək və banka qırılacaq. Qadın etiraz etmir, qatıq bankasını yataq çarpayısının üstünə qoyur. Bir sözlə gəzəyən qadın “tez –bazar”  edərək kişisini  meşəyə odun qırmağa yola salır. Aşnasını qəbul edən  qadın alaçığın içəri tərəfindən alaçığın qapısını bağlayır. Alaçığın üstü dairəvi açıq olduğuna görə günəş şüası yataq çarpayısının üstünə düşür. Odun qırmağa gedən  kişi isə meşəyə çatar-çatmaz fikirləşir ki, bu qadın bunu niyə “tez –bazar” edib meşəyə yola saldı! Onsuz da odun qırmağa həvəsi olmayan kişi geri qayıdır və alaçığın qapısının bağlı olduğunu görür. Şübhələnən kişi çox incəliklə nərdivanı alaçığın yamacına qoyaraq alaçığın üst deşiyindən içəri baxır. Günəş şüasının qarşısını kəsən kişinin başının kölgöyü aşağı düşür. Bu vaxt kişinin arvadı ilə eyş-işrət, sevgi-məhəbbət alovunda çırpınan aşna təntiyərək , özünü itirir və  ruçkasını yataq döşəkcəsinin üstündə olan qatıq bankasına batırır....Gəzəyən arvadın yuxarıdan aşağı baxan kişisi deyir:! “ Allah, allah, bax hamısını qandım! Başa düşdüm. Ancaq, bircə “şey” mənə çatmır!..., bircə şeyi mən qanmıram! O niyə ruçkasını qatıq bankasına batırır.....?

Bəli!

Vətənimiz Gürcüstanda yaşayan azərbaycanlıların ünvanı ilə  “Çoxmillətli Gürcüstan”  qeyri- hökuməti  təşkilatının  yeni formalaşmış “ağsaqqallar şurası” na dəvət almış “cütlük” lərin: “iki oğlan” + “iki qız”= “4 oğlan –qız”(kvartet) formulasını başa düşdük (riyazi həndəsədə belə cütlüyə “kvartet”  deyilir).Amma, bu gəzəyən arvadın beynavə kişisi demişkən  ki  beşincinin “o”  ünvana düşməsi vallah, billah qatıq bankasından betər adamı: üşüdür, düşündürür, fikir dünyasına qərq edir. Bu cavanlıq yaşında izafi əməksiz addım atan “kvartet” lərin birbaşa “ağsaqqal” ünvanında özünü millətin ağsaqqalı kimi təmsil olunmasını ,düzgün şüura malik olan adamlar  yəqin  ki, düşünəcəklər. O ki, qaldı bu “kvartet”in +bir bucağı=nə? adlanır onu özü tapsın? Bu beşinci bucağa hörmətimiz olduğundan ona şairin bir kəlamını xatırlayırıq:

                                     Keçmə namərd körpüsündən , qoy aparsın sel səni

                                     Yatma tülkü yuvasında, qoy  yesin aslan səni..........

Təbii ki, bu beşinci bucaq inciməz (özünü riyazi həndəsi ünvanını biləndə ).Çünki burada heç bir hüquq pozğunluğu yoxdur və məqalə də hazırlanarkən həmin mövqedə olub ki, heç kimin xətrinə dəyilməsin , əksinə- mənəvi psixoloji əhval- ruhiyyəsi yaxşı olsun ....

Bu düşüncə isə normal hal hesab edilir -ictimai mətbuatda.

P.S.  Məqalə oxucularını  gülüb-güldürmək, düşünüb-düşündürmək üçün təqdim olunur.

                                                                                  Ələddin Qarabağlı

Cabir Albantürk (Ağaoğlu)

 

  Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.                                                           

                                    Yeddi yerə bölünmüş yurd,

                                    Yetmiş yönə bölünmüş xalq-

                                    Yox tarixdə bu boyda dərd,

                                    Ümidsiz olmaq da yasaq...

     

  Allahın adıyla.

500 yüz il öncə paytaxtı Təbriz şəhəri olan Bütöv Azərbaycan dövləti qurulmuşkən Çaldıran döyüşü (1514) ilə başlamış, 290 il öncə (1722-24) Çarlıq Rusiyasının (I Pyotrun) Azərbaycan xanlıqlarını işğal etməyə başlaması və erməniləri Xəzərətrafı ərazilərə məskunlaşdırması ilə milli faciələrimizin əsas təkanverici zərbəsi olan (1828) bölünməmizdə xarici amillər də işə düşmüş və öz xanlığını vətən bilənlərin təcavüzkar qarşısında belə birləşə bilməməsi isə həlledici rol oynamışdır. İndi  isə  7 yerə bölünmüş, 80%-i yadlar əlində, 20%-də müstəqil dövləti olan, amma yenə xanlıq təfəkkürü ilə idarə olunan bir məmləkətdə ömür sürüməkdəyik.

Artıq 7 ildən çoxdur ki, Azərbaycan türklərinin yurd salıb yaşadığı tarixi ərazilərdə hər cür üsullarla susdurulan, sındırılan Azərbaycan xalqının cəsarəti qəzəb halında, ehtiyatlılığı qorxaqlığ şəklində üzə çıxmaqdadır. 2015-ci ilə hazırlaşan erməni, kürd terror təşkilatlarının  planları müqabilində, (D. Perincək başda olmaqla “Tələt Paşa Komitəsinin”, A. Nağı başda olmaqla “Qarabağ Azadlıq Təşkilatı”nın fəaliyyətləri xaricində) doğrulmayan ümidlər və Milli şüur kasadlığı üzündən “vətəndaşlıq və mənəvi keyfiyyətlərini itirərək’’ (Ə.Qəşəmoğlu) uçuruma yuvarlanmağ ərəfəsində olan xalqımızın heç olmasa passionarlığa yaxın 10-15 %-ni tezliklə taleyüklü, səfərbəredici bir ideya, istiqamət ətrafında birləşdirə, təşkilatlandıra  bilməsək, “milli kodlarımızı yeniləyib sistemləşdirməsək”(S. Cəlaloğlu) “Dərdimiz yetim qalsa bizdən sonra kim çəkər” (Xudu Məmmədov)-durumuna düşəcəyimiz qaçılmazdır.

Araşdırmaçı jurnalist Elşad Paşasoy “Əhalisinin 76 faizi türk olan İrəvan ermənilərə necə verildi?” adlı məqaləsində yazıb: Qərbi Azərbaycanın (indiki Ermənistan) rus-erməni işğalı və azərbaycanlılara qarşı törədilmiş müdhiş cinayətlər haqqında tarixi faktlar

İşğalçılıq siyasətini və bəşəri cinayətlərini gizlətmək üçün özləri barədə “əzabkeş”, “yazıq” obrazı yaratmağı bacaran dünya erməniləri 2015-ci ildə qondarma “erməni  soyqırımı”nın  100 illiyini “təntənəli” şəkildə qeyd etməyə hazırlaşır.

Tarixi həqiqətlərin saxtalaşdırılması işində mahir olan bədnam qonşularımızın, erməni ideoloqlarının və onların havadarlarının gerçək mahiyyətinin açılması istiqamətində bir sıra ciddi qaynaqlar var ki, onların zaman-zaman ictimailəşdirilməsinə, onların Azərbaycan və xarici oxucu auditoriyasına çatdırmağa ciddi zərurət var.

Dünya Azərbaycanlıları Konqresinin Qərbi Azərbaycan (indiki Ermənistan) Nümayəndəliyinin rəhbəri Səməndər Mehdiyev tarixi sənədlərə və digər mənbələrə əsaslanaraq erməni vandalizmini və saxtakarlığını ifşa edən çox ciddi mətləbləri ortaya qoyub.

Bununla bağlı redaksiyamıza təqdim etdiyi müəllif yazısında S.Mehdiyev ermənilərin 99 ildir ki, hər il aprel ayının 24-də Azərbaycan xanlıqlarından biri olan İrəvan xanlığının mərkəzi sayılan İrəvan (Yerevan) şəhərinə toplaşdığını, Türkiyə və Azərbaycana tarixən düşmən olan bir sıra xarici dövlətlərin nümayəndələrinin iştirakı ilə 1915-ci ildə guya türklər tərəfindən ermənilərə qarşı törədilmiş “soyqrımı”nı yada saldığını,  öldürülmüş ermənilərin qisasını türk və müsəlmanlardan çıxmaq üçün quldur katolik keşişlərinin “xeyir-duasını” aldığını xatırladıb.

“Azərbaycan indiyə qədər beynəlxalq öhdəliklərə sadiq qalaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqları davam etdirib. Bundan artıq güzəşt, kompromis ola bilməz”. 
 Azərbaycan son zamanlar cəbhə xəttində yaşanan atışmalar zamanı da öz gücünü göstərdi. QAT sədrinin fikrincə, Azərbaycanın danışıqların davam etdirilməsinə dair şərt irəli sürməsinə baxmayaraq, mövcud vəziyyət hələ də qalır: “Azərbaycan tərəfi bildirdi ki, işğal olunmuş torpaqlarımızdan erməni silahlı qüvvələri çıxarılandan sonra danışıqlar davam edəcək. Mən Azərbaycanın bu mövqeyini müsbət qiymətləndirirəm. Çox gec olsa da, bu şərtin irəli sürülməsi yaxşı haldır”, - deyən A. Nağı bildirib ki, bu bəyanatın ardınca Azərbaycan məntiqlə hərbi əməliyyatlara start verməlidir. Onun sözlərinə görə, işğalçı Ermənistan Azərbaycanın haqlı tələblərini yerinə yetirmədiyindən hərbi əməliyyatların keçirilməsi zəruridir: 

“Cəbhə xəttində baş verən son hadisələri Azərbaycan hakimiyyətinin beynəlxalq təşkilatlara və Ermənistana öz gücünü göstərməsi kimi dəyərləndirirəm. Bu, Azərbaycanın erməni təxribatına qarşı son xəbərdarlığı kimi qiymətləndirilə bilər. Bu gün beynəlxalq təşkilatların apardığı siyasət ondan ibarətdir ki, Azərbaycan mövcud reallıqla razılaşsın. Artıq bunun əlamətlərini də görmək olar. Rusiya mətbuatında ekspertlər vasitəsi ilə belə bir rəy  yaratmağa çalışırlar. Bu ssenariləri dağıtmağın, sındırmağın bir yolu var. Azərbaycan hərbi əməliyyatlara başlamalıdır”.

 

QAT XƏBƏR

QAT.az