Şənbə, 27 May 2017

10.05.2017.

Azərbaycanın Rusiyadakı səfirliyi 9 may 2017-ci il tarixində Moskvada “Bessmertnıy polk” (“Ölməz alay”) hərəkatının yürüşü zamanı azərbaycanlı və erməni gənclər arasında baş vermiş insidentlə bağlı bəyanat yayıb.

Səfirlikdən APA-ya verilən məlumata görə, bəyanatda bildirilir ki, iki millət arasında gərginliyin yaradılması məqsədi ilə təxribat törədilib. 

Qeyd olunur ki, hadisə ilə əlaqədar və gələcəkdə belə halların təkrarlanmaması məqsədi ilə səfir Polad Bülbüloğlu Rusiya Xarici İşlər Nazirliyi, Moskva şəhər rəhbərliyi və digər müvafiq federal strukturlarla danışıqlar aparıb.

Eyni zamanda vurğulanır ki, səfirlik insident zamanı zərərçəkmiş soydaşlarımızla əlaqə yaradaraq, onların vəziyyətini 

Allahverdi Teymur oğlu Bağırov 1946-cı il aprel ayının 22-də Ağdamda anadan olub.

 

 

 

Onun, Xocalı soyqırımı zamanı həlak olanların meyidlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin erməni işğalçı əsgərlərin meyidləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində böyük xidməti olub. Həmin əməliyyatlar keçirilən zaman Ağdam rayonu 300 nəfər şəhid vermişdi. Bağırov erməni polkovnik Vitali Balasyan vasitəsilə üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdir. Bağırov erməni əsirləri avtobusla gətirib, sahiblərinə təhvil verdi. O, cəsədləri Ağdam məscidində, kəfənə tutdurub torpağa tapşırırdı, Ağdamın Qarağacı qəbiristanlığında Azərbaycan əsirləri təhvil aldı.

1992-ci ilin 14 iyunda təcili iş üçün geri, Ağdama çağrılan Allahverdi Bağırovun olduğu maşın Naxçıvanikdən geri qayıdarkən minaya düşdü. Maşında olan digər üç nəfər sağ qalsa da, Allahverdi Bağırov sürücüsü və Nizami həkimlə ilə birlikdə şəhid olmuşdur. Tankist Sevil Abbasovanın sözlərinə görə onu "ancaq sənədlərindən tanıya bildik."

Həm futbolçu, həm də döyüşçü olan Bağırov hər zaman Qarabağ Azadlıq Təşkilatının diqqət mərkəzindədir. Bağırov bizim üçün Xocalının xilaskarıdır!

 

Fərid İsmayılov

 

 
 
 

22.03.2017. Ermənistan silahlı qüvvələri Ağdamın işğal altında olan yaşayış məntəqələrində növbəti hərbi təlimlərə başlayıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, “Uzundərə” adlanan ərazidə keçirilən təlimlərdə ağır artilleriya qurğularından istifadə edilir.

Ağdamın cəbhəyanı kəndlərinin sakinləri bildiriblər ki, günün birinci yarısından başlayaraq işğal altında olan ərazilərdə güclü partlayış səsləri də eşidilir.

Cəbhəyanı kəndlərdən partlayış zamanı yaranan toz-duman aydın görünür.

www.apa.az

27.04.17.
Əli Orucov: “Ölkəmizin təhlükəsizliyinə daimi təminat əldə etmək vacibdir”

Bu gün Rusiyanın Azərbaycan Demokratik Cümhuriyyətinin mövcudluğuna son qoymasından 97 il keçir. Maraqlıdır, 97 il bundan öncə Azərbaycanın əzəli müstəqilliyinə son qoyan Rusiya bu gün ölkəmiz üçün hansısa dərəcədə təhlükə kəsb edirmi? 97 il öncəki təhlükəni bu gün də aktual hesab etmək mümkündürmü?

Moderator.az-a açıqlama verən AMİP Siyasi Şurasının üzvü, siyasi şərhçi Əli Orucov Rusiyanın bu gün də Azərbaycan üçün əsas təhlükə mənbəyi olaraq qalmaqda davam etdiyini vurğuladı:

“Rusiya təhlükəsinın kökləri daha uzaqlara gedir və indi də bu təhlükə qalır. Rusiya ümumilikdə müasir dünya üçün ciddi problemlər yaradıb.

 

Moskvanın imperiyalist siyasəti beynəlxalq sülhə və təhlükəsizliyə ciddi təhdiddir. Moskva bu gün terroru və separatizmi dəstəkləməklə BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvlərindən biri kimi bu beynəlxalq qurumun nizamnaməsini pozur.

Baxmayaraq ki, Azərbaycan artıq müstəqil dövlətdir, Rusiyanın Azərbaycana müdaxiləsi açıq-gizli qalmaqdadır. "Dağlıq Qarabağ problemi Azərbaycanın işi deyil" bəyanatını verən də Rusiyadır.

Bu gün ən vacib məsələlərdən biri də ölkəni Rusiya təhlükəsindən qorumaqdır. Doğrudur, birbaşa konfliktə girmək, Moskvanın maraqlarınıi heçə almamaq da olmaz. Yaxud əlaqələrin zədələnməsinə də yol vermək səhv addım olardı. Lakin bunlarla yanaşı, Azərbaycanın təhlükəsizliyinə daimi təminat əldə etmək vacibdir. Bu isə Avroatlantikaya inteqrasiyadan keçir”

14.03.17

atet cebhede monitorinq kecirecek
 

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 15-də Goranboy rayonu Tapqaraqoyunlu kəndi istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

QAT.az-ın MN-in saytına istinadən verdiyi məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşik, onun səhra köməkçiləri Jiri Aberle və Saymon Tiller, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika, Xristo Xristov və Piter Şvedberq aparacaqlar.  

QAT XƏBƏR

QARABAĞ QALERIYA

QAT.az